Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin sərhəd nəzarətinin əməkdaşlarının sayıqlığı və vəzifə borclarının icrasına məsuliyyətlə yanaşması nəticəsində külli miqdarda narkotik vasitənin ölkə ərazisinə gətirilməsinin qarşısı alınmışdır.
Belə ki, “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublikasından rəsmi qaydada Azərbaycan Respublikasına gələn 1979-cu il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Əzizov Gülmirzə Adil oğlu saxlanılmış və şəxsi baxış nəticəsində üzərində 2500 qram tiryək, 500 qram heroin aşkar olunmuşdur.
Fakt üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi