+
-
06.05.2020
06.05.2020, 10:49 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

6 may 2020-ci il tarixdə Xəzər dənizinin mərkəzi istiqamə­tində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gö­zətçi gəmisi tərəfindən 30 aprel 2020-ci il tarixdə  Qazaxıstan Respublikasının Sərhəd Xidmətinin Sahil Mühafizə­sinin əməkdaş­ları tərəfindən Xəzər dənizində 4 nəfər Azərbaycan Respublikası vətəndaşının saxlanılması zamanı silahın tətbiqi nəticəsində həyatını itirmiş Neftçala rayonu sakini, 1969-cu il təvəllüdlü İbrahimov Qəhrəman Kamil oğlunun cənazəsi qəbul edil­miş və həmin gün ailəsinə təhvil verilmişdir. 

 

Dövlət Sərhəd Xidmətinin  Mətbuat Mərkəzi

 

f tw