+
-
26.02.2020
26.02.2020, 17:40 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

25 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezi­­denti cənab İlham Əliyevlə Türkiyə Respublikasının Prezi­denti cənab Rəcəb Tayyib Ərdoğan arasında keçirilmiş görüşdə Türkiyə Respublikasından Azərbaycan Respubli­ka­sının Naxçıvan Muxtar Respublikası istiqamətində yük nəqliyyat vasitələrinin və vətəndaşların hərəkətində yaranan məhdudiy­yətlər müzakirə edilmişdir.

Mövcud vəziyyətlə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən cənab Rəcəb Tayyib Ərdoğan qarşısında məsələ qaldırılmış, Türkiyə Respubli­kasının Prezidenti tərəfindən Türkiyə Respublikasının “Dilucu” dövlət sərhədindən buraxılış məntəqəsindən yük nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respubli­kasına “Sədərək” dövlət sərhəd buraxılış məntəqəsindən buraxılmalarına dair Türkiyə Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə göstərişlər verilmiş və 26 fevral 2020-ci il tarixdə, saat 15:10 radələrindən etibarən yük nəqliyyat vasitələrinin buraxılışları bərpa edilmişdir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

 

 

f tw