+
-
11.01.2020
11.01.2020, 14:12 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax və Ağstafa rayonları istiqamətində müdafiə və mühafi­zəsini həyata keçirən Döv­lət Sərhəd Xidmətinin Sərhəd Qoşun­larının “Qazax” əla­hiddə sərhəd diviziyasının döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təx­ribatları davam edir.  

Son günlər ərzində sərhəd döyüş məntəqələrimiz və arxa isti­qa­mətdə hərəkətdə olan hərbi nəq­liyyat vasitələrimiz Ermənistan Res­­­publikasının Silahlı Qüvvə­lərinin bölmələri tərəfindən iri çaplı si­lah­­lardan və snayper tüfənglərindən günün müxtəlif vaxtlarında dəfələrlə intensiv atəşə tutulmuşdur.

Bütün hallarda düşmən təxribatlarının qarşısı alınmış, sərhəd döyüş məntəqələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüv­vələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulmuşdur. 

 

 Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw