+
-
23.09.2013
23.09.2013-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti tərəfindən qaçaqmalçılığa qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir. Sərhədçilərin sayıqlığı nəticəsində külli miqdarda narkotik maddənin və qaçaqmalın dövlət sərhədindən keçiril­məsinin qarşısı alınmışdır.

Sentyabr ayının 17-də saat 02:40 radələrində Göytəpə Sərhəd Dəstəsinin Yardımlı rayonundakı Perimbel kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmuş Yardımlı rayonu Şəfəq kənd sakinləri 1981-ci il təvəllüdlü Mahmudov Mehman Məmiş oğlu və 1983-cü il təvəllüdlü Sultanlı Əli İlqar oğlu sərhəd naryadının çevik və qətiyyətli hətəkətləri sayəsində saxlanılmışlar. Əraziyə baxış zamanı sərhəd pozucularına məxsus üç bağlamada 3000 (üç min) qutu “Makbeth” siqareti, üç ədəd mobil telefon və bir ədəd cib bıçağı aşkar olunaraq götürülmüşdür.

Sərhəd pozucularını qarşılamağa gəlmiş naməlum şəxs sərhəd naryadının “Dayan” komandasına və xəbərdarlıq atəşinə məhəl qoymayaraq havanın qaranlıq olmasından istifadə edərək bir baş atı hadisə yerində saxlayaraq geriyə qaçmağa müvəffəq olmuşdur. Ərazidə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 16:40-da hadisə yerindən  1000 m  aralıda bir ədəd “Bayquş M-6U” tipli gecə görmə cihazı aşkar olunaraq götürülmüşdür.

Hadisə ilə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

                                                                                                                                                                                                                       Dövlət Sərhəd Xidməti mətbuat mərkəzi

 

f tw