+
-
28.12.2019
28.12.2019, 10:08- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dahi Azərbaycan şairi, mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş silsilə tədbirlər Dövlət Sərhəd Xidmətində böyük təntənə ilə qeyd edilir.

Hərbi hissə və bölmələrdə keçi­rilən seminarlarda, ədəbi-bədii gecələrdə elm və in­cəsənət xadimləri, yerli icra hakimiyyəti orqanlarının və ictimaiy­yətin çoxsaylı nü­ma­yən­dələri iştirak edirlər.

Bu tədbirlər çərçivəsində dekabr ayının 27-də Dövlət Sərhəd Xidmətinin Akade­miyasında Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor Bədirxan Əhmədlinin və AMEA-nın filologiya üzrə fəlsəfə doktoru, Nəsimişünas alim Səadət Şıxıyevanın iştirakı ilə keçirilən tədbirdə Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustası, şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış, bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmiş, dərin poetik fikirləri ilə dövrün elmi-fəlsəfi düşüncələrinin ifadəçisinə çevrilmiş, adı mərdlik, fədakarlıq və iradə rəmzi kimi çəkilən dahi İmadəddin Nəsiminin həyat və yaradıcılığından ətraflı məlumat verilmişdir.

Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ötən əsrin 70-ci illərində öz geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə müna­sibətdə əsaslı dönüş yaratmış Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olması və məhz Dahi Öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndə­lərindən ilk dəfə Nəsiminin 600 illik yubileyinin YUNESKO-nun tədbirləri siyahısına daxil edilməsi və 1973-cü ildə beynəlxalq miqyasda qeyd edilməsi xüsusi olaraq vurğu­lan­mışdır.

Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın qayğısı ilə 2017-ci ildə Parisdə Nəsiminin ildönümünün qeyd olunması, ötən il Heydər Əliyev Fondunun Vitse-Prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə Nəsimi poeziya festivalının keçirilməsi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncama əsasən 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olun­ması bir daha ölməz şairin yaradıcılığına, onun irsinə töhfə olmaqla yanaşı eyni zamanda bütövlükdə Azərbaycan ədəbiyyatına, mədəniyyətinə və milli-mənəvi dəyərlə­rimizə dövlətimiz tərəfindən göstərilən ehtiramın ifadəsi böyük minnətdarlıqla qеyd еdil­mişdir. 

Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin kursantları tərə­findən İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur. 

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

 

f tw