+
-
09.10.2019
09.10.2019, 15:30 - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə və işə qəbul elan edir

Azərbaycan Respublikasının Dövlət  Sərhəd Xidmətinə zabit,  gizir  qismində  həqiqi  hərbi  xidmətə və ya işə qəbul olmaq arzusunda olan aşağıdakı  ixtisaslar  üzrə  tibbi təhsili olan vətəndaşlar sənədlərini təqdim edə bilərlər.

  • Həkim-ümumi cərrah;
  • Həkim-otorinolorinqoloq;
  •  Həkim-epidemioloq;
  •  Həkim-terapevt;
  •  Həkim-infeksionist;
  •  Həkim-rentgenoloq;
  •  Həkim-statistik;
  •  Həkim-travmatoloq-ortoped;
  •  Həkim-anestezioloq-reanimatoloq;

Namizədlər aşağıdaki  tələblərə cavab verməlidirlər:

  • Kişi namizədlər müddətli həqiqi hərbi xidməti keçmiş olmalı;
  • Fiziki cəhətdən sağlam olmalı;
  • Xidmətə qəbul olmaq istəyənlər Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olmalı.

 Xidmətə və ya işə qəbul olmaq istəyən kişi və qadın namizədlər Dövlət Sərhəd Xidmətinin Aparatına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadrlar bölmələrinə müraciət edə bilərlər.

           Əlavə məlumat üçün:

 

         Ünvan:  Bakı şəhəri, Z.Əliyeva küçəsi 30.

         Əlaqə nömrəsi:  (012) 493-62-47. 

f tw