+
-
21.09.2019
21.09.2019, 10:56- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan-Ermənistan dövlət sər­hə­dində təmas xəttində yerləşən Döv­lət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təxribatları davam etməkdədir.  

2019-cu ilin 20 sentyabr tarixində saat 13:20 radələrində sərhəd döyüş mövqe­lərimiz və təminat yollarının salınması ilə məşğul olan eksko­vato­rumuz düşmən tərə­findən atə­şə tutul­muşdur.

Düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurulmuşdur.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw