+
-
23.08.2019
23.08.2019, 12:08- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

22 avqust 2019-cu il tarixdə bir sıra Qarabağ müharibəsi veteranlarının və bloggerlərin müraciəti əsasında Azərbaycan Sərhəd Mü­hafizəsinin 100 illlik yubileyi ilə əlaqədar onların Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­larının “Qazax” əlahiddə sərhəd diviziya­sının hərbi hissə və bölmə­lərinə, təmas xəttində yerləşən sərhəd döyüş məntəqələrinə səfəri təşkil olun­muşdur.

Səfər çərçivəsində Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsində təmas xəttində yaradılmış sərhəd müdafiə və mühafizə infrastrukturu, sərhəd döyüş mən­təqələrində və döyüş mövqelərində sərhədçilərin xidməti-döyüş fəa­liyyəti və istirahət şəraiti ilə yaxından tanış olunmuş, Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə təbrik və arzular şəxsi heyətə çatdırmışlar.

Müharibə veteranlarına və sosial media nümayəndələrinə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının yerli bölmələri ilə Müdafiə Nazirliyinin hərbi hissə və bölmələri arasında yüksək səviyyəli qarşılıqlı əlaqə, yerli icra haki­miy­yəti və bələdiyyə orqanları ilə sərhədçilər arasında sıx əməkdaşlıq müna­sibətləri barədə geniş məlumat verilmiş, “Sərhədi bütün xalq qoruyur” ifadəsinin gerçəkləşdirilməsi üzrə görülən işlərlə tanış edilmişlər.  

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw