+
-
27.07.2019
27.07.2019, 12:55- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Ermənistan mətbuatının Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində atəşkəs rejiminin pozulması barədə məlumatla əlaqədar bildiririk ki, təmas xəttində yerləşən sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərəfi atəşkəs rejimini pozmaqla növbəti təxribat törətmişdir.

Düşmən snayperləri tərəfindən döyüş mövqelərimizdən arxa istiqa­mətdə hərəkətdə olan “Ka­maz” markalı hərbi yük maşını atəşə tutulmuş, açılan güllələrdən biri avto­mobilin ön şüşəsinə dəymişdir.

Düşmən snayperinin atəş nöqtəsi cavab atəşilə susdurulmuşdur.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının bölmələri Azər­bay­can-Ermənistan dövlət sər­­hə­dində tə­mas xəttinin xidmət apardıqları sahəsində əməliyyat şəraitinə tam nəzarət edir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw