+
-
16.08.2013
15.08.2013 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

 

        Cari ilin 13-14 avqust tarixlərində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin təlim mərkəzində “Azərbaycan Respublikasının ərazisinə düşmənin qoşun qruplarının hücumlarının qarşısının alınması, terror-təxribat qruplarının zərərsizləşdirilməsi” mövzusunda döyüş atışlı taktiki təlimlər keçirilmişdir. Təlimlərə Dövlət Sərhəd Xidmətinin çevik hərəkət bölmələri, döyüş helikopterləri, müasir zirehli texnika, artilleriya və zenit-raket kompleksləri cəlb olunmuşdur.

       Təlimlər zamanı sərhəd dəstəsi, komendantlıq, zastava və xüsusi təyinatlı­ bölmənin şəxsi heyəti xüsusi şəraitə keçirilməklə şərti düşmənin dövlət sərhədini pozmuş terror-təxribat qrupu zərərsizləşdirilmişdir. Terror-təxribat qrupunu dəstəkləmək üçün dövlət sərhədini pozaraq hücuma keçmiş şərti­ düşmənin canlı qüvvəsi Dövlət Sərhəd Xidməti Aviasiya Dəstəsinin döyüş helikopterlərindən açılan atəşlə uzaq məsafədən məhv edilmişdir.

      Şərti düşmənin dövlət sərhədini pozmuş 2-ci terror-təxribat qrupu hərbi-desant helikopterlərindən endirilmiş xüsusi təyinatlılar tərəfindən məhv edilmişdir­. Bundan sonra şərti düşmənin helikopterin dəstəyi ilə döyüşə yerit­diyi qoşun qrupu zirehli döyüş maşınları və zenit qurğuları ilə, hava hədəfi isə daşınan zenit-raket kompleksləri vasitəsilə zərərsizləşdirilmişdir.

     Xüsusi təlim keçmiş xidməti itlər və müasir tipli axtarış avadanlıqları vasitəsilə axtarışın keçirilməsi, yaralıların təxliyə edilməsi tapşırıqları da uğurla icra edilmişdir.

      Təlimlərdə zenit-artilleriya qurğularından, iri çaplı pulemyotlardan və müx­təlif tipli raket qurğularından döyüş atışları müvəffəqiyyətlə keçiril­miş, şəxsi heyət tərəfindən möhkəm intizam, yüksək peşəkarlıq və döyüş hazırlığı nümayiş etdirilmiş, müasir döyüşün aparılması üzrə hərə­kətlərin təkmilləş­diril­məsi, qarşılıqlı əlaqənin təşkili məsələləri tam həcmdə yerinə yetiril­mişdir.

       Təlimlər Azərbaycan Respublikası Baş Nazirinin 1-ci müavini cənab  Yaqub­ Eyyubov və Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev tərəfindən yüksək qiymətlən­dirilmiş, Azərbaycan Sərhəd Mühafizəsinin şəxsi heyətinin Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hər bir döyüş tapşırığını şərəflə icra etməyə daima hazır olması xüsusi vurğulanmışdır.

        Təlimlərin sonunda fərqlənmiş hərbi qulluqçular təltifləndirilmişlər. 

                                         Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw