+
-
29.05.2019
29.05.2019, 11:25- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Beynəlxalq Hərbi Tibb Komitəsinin cari ilin may ayının 19-24 tarixlərində İsveçrənin Bazel şəhərində keçirilmiş 43-cü Konqresində ölkəmizi Dövlət Sərhəd Xidməti hərbi hospitalının rəisi, Azərbaycan Respublikasının əməkdar həkimi, tibb xidməti polkovniki Kənan Yusif-zadə təmsil etmişdir. 

Konqresdə "Hərbi tibb və cərrahiyyə döyüş meydanında” böl­mə­sində professor Kənan Yusif-zadə " Bir tibb müəssisəsinin idarə olun­masında hərbi və mülki təşkilatların optimal inteqrasiyası: Azər­baycan modeli” mövzusunda çıxış etmişdir. Çıxışda DSX hərbi hospi­talının nü­munəsində Respublikada hərbi və mülki tibbi təşkilatların qarşılıqlı fəaliyyəti, hərbi və mülki tibbi doktrinanın resurslarından səmərəli isti­fa­də edilməsi, tibbi xidmətlərin göstərilməsi və idarə edilməsi təcrü­bəsi haqqında geniş məlumat verilmişdir.

Konqres çərçivəsində Fransa, Almaniya, İsveçrə, ABŞ və digər ölkələrdən olan tibb mütəxəssisləri ilə maraqlı fikir mübadiləsi apa­rılmış, İsveçrənin kimyəvi və bioloji müdafiə üzrə Federal İnstitutuna və İsveçrə Silahlı Qüvvələrinin əczaçılıq mərkəzinə tanışlıq səfərləri edilmişdir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

 

f tw