25 iyul 2013-cü il tarixdə saat 00:30-da Ukraynadan 601 saylı “Kiyev-Bakı” reysi ilə Azərbaycan Respublikasına Ermənistan vətəndaşı, 01.05.1991-ci il təvəllüdlü Xaçaturyan Asatur Semyonoviç deportasiya olunmuşdur.
Beynəlxalq hüquq normaları çərçivəsində və müvafiq Konvensiyanın tələblərinə uyğun şəkildə faktla bağlı dərhal Dövlət Sərhəd Xidməti tərəfindən araşdırma aparılmışdır. Nəticədə Ermənistan vətəndaşı Xaçaturyan Asatur Semyonoviçin 611 saylı “Kiyev-Yerevan” aviareysi əvəzinə səhvən Azərbaycan Respublikasına deportasiya edildiyi müəyyən olunmuşdur.
Ermənistan Respublikasının vətəndaşı 26.07.2013-cü il tarixdə saat 07:10 radələrində 602 saylı “Bakı-Kiyev” reysi ilə geri Ukraynaya qaytarılmışdır.
Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzinin Məlumatı