+
-
25.02.2019
25.02.2019, 17:20 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

2019-cu ilin fevral ayının 08-10 tarixlərində İran İslam Respub­likasının Tehran şəhərində baş tutmuş karate idman növü üzrə “Master Cup” beynəlxalq turnirində böyük qələbələr qazanmış “Sərhədçi” idman-olim­piya mərkəzinin idman­çıları 25 fevral tarixində Dövlət Sər­həd Xid­mətinin rəisi ge­neral-polkovnik Elçin Quliyev tərəfindən qəbul edilmiş­lər.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İl­ham Əliyevin ali diqqəti sayəsində Azərbaycan idmanının yüksələn xətt üzrə inkişaf etməsi, milli idmançılarımızın olimpiya oyunlarında və digər mötəbər idman yarışlarında ölkəmizi ən yüksək səviyyədə təmsil etmələrini, Azərbaycan sərhədçilərinin də bu sahəyə töhfə verməyə çalışmaları qeyd olunmuşdur.     

İdmançıları möhtəşəm qələbələr münasibətilə təbrik edən ge­neral-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasının Birinci Vit­se-Prezidenti Mehriban xanım Əliyeva tərəfindən Zəhra Sal­manlının uğur­lu çıxışının və vətən­pərvərlik nümunəsinin yüksək qiy­mət­lən­di­ri­lə­rək hədiyyə ilə təltiflən­diril­məsinin Azərbaycan dövlətinin gənc idman­çıların inkişafına olan diqqət və qayğısının növbəti ifadəsi olma­sını xüsusi vur­ğulamışdır.   

“Sərhədçi” idman-olimpiya mərkəzinin rəisi polkovnik E.Mir­zəyev idman mərkəzində 26 idman növü üzrə komandaların fəaliyyət göstər­məsini, gənc idmançıların təkcə fiziki hazırlığına deyil, həmçinin təd­risinə, Vətənə məhəbbət ruhunda tərbiyəsinə xüsusi diqqət yetiril­məsini, 1600 nəfərdən çox idmançının iştirakı ilə Tehran şəhərində keçirilmiş ka­rate üzrə sonuncu “Master Cup” turnirində ölkəmizi təmsil edən “Sərhədçi” idman klubunun 12 idmançısından 7-nin qızıl, 3-nün gümüş, 2-nin bürünc medal qa­zanmasını, komandamızın ümumi he­sab­da 2-ci yer tutmasını, turnir zamanı idmançılarımızın Ermənis­tandan olan 4 rəqiblərini məğlub etmələrini məruzə etmişdir.

Ən yüksək nəticə ilə Ermənistandan olan rəqibini mütləq üs­tün­lüklə məğlub edərək turnirin qalibi olmuş 10 yaşlı Zəhra Sal­manlının, Elnaz Soltanlının, Ülvira Rüstəmlinin və digər idmançılarımızın Azər­baycan Respublikasının dövlət bay­rağının Ermənis­tan bayrağın­dan aşağıda asılmasına dərhal reaksiya vermələrinin, dövlət bay­rağı­mı­za qarşı bu hörmətsizliyin aradan qaldırıl­ma­yacağı halda ko­man­da­mızın turnirdə iştirakdan imtina etməsinin bil­dirilməsinin və nəti­cə­də bu xoşa­gəlməz halın aradan qaldırılmasının təm­silçilərimizin vətən­pərvər­liyinin, Vətənə olan sevgisinin göstəricisi, dövləti maraqların mü­dafiə­sinə əsl sərhədçi sədaqətinin ifadəsi olması qeyd edilmişdir.

Turnir zamanı Azərbaycan Respublikasının dövlət himnini 7 dəfə səsləndirmiş, 12 dəfə dövlət bayrağımızı yüksəltmiş idmançılar Döv­lət Sərhəd Xidmətinin rəisi tərəfindən “Fəxri Fərmanla”, komandanın məş­q­çisi Səfərov Zöhrab Həsən oğlu “Hərbi əməkdaşlıq sahəsində xid­mətlərə görə” medalı ilə təltif edilmiş, hər bir idmançıya Azərbaycan Res­publikasının dövlət bayrağı və sərhədçi bereti hədiyyə edilmişdir.    

Turnirdə ölkəmizi təmsil etmiş heyətlə çay süfrəsi arxasında ke­çən səmimi söhbət zamanı “Sərhədçi” idman klubunun idmançılarının gələcək planları, iştirak edə­cək­ləri turnirlər, məşq şəraiti və digər mə­sələlər müzakirə olunmuş, gənc idmançılara hərtərəfli dəstəyin göstə­ril­məsi barədə tapşırıqlar verilmişdir.   

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw