+
-
04.07.2013
04.07.2013 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

İyul ayının 3-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi- Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev ölkəmizə səfərə gəlmiş Türkiyə Respublikası Quru Qoşunlarının Komandanı ordu generalı Hayri Kıvrıkoğlunun rəhbərliyi ilə nümayəndə heyətini qəbul etmişdir.

Qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizin ərazisinin 20 faizinin, eləcə də Azərbaycan-İran sərhədinin 132 kilometrinin işğal altında olması, bu ərazilərdən qaçaqmalçılıq və digər qeyri-qanuni məqsədlərlə istifadə edilməsi, Azərbaycan sərhəd mühafizəsi sisteminin təşkili, Dövlət Sərhəd Xidmətinin təyinatı və tapşırıqları, həyata keçirilən islahatlar və əldə olunmuş nailiyyətlər barədə məlumat verilmişdir.

Görüşdə qarşılıqlı əməkdaşlığın vəziyyəti və perspektivlərinə dair fikir müba­diləsi aparılmışdır.

Müzakirələr zamanı ikitərəfli əlaqələrin səviyyəsi yüksək qiymətləndirilmiş və sərhədlərin təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində mövcud əmək­daş­lı­ğın genişləndirilməsinin zəruriliyi qeyd olunmuşdur.

 

                                                              Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw