+
-
17.12.2018
17.12.2018, 12:05- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanun­suz dövriyyəsinə qarşı mübarizə istiqamətində təd­birlər davam etdirilir. Belə ki,:

-      12 dekabr tarixində “Astara” dövlət sərhədindən buraxılış məntə­qəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin əmək­daş­ları tərəfindən İran İslam Respublikasından Azər­bay­can Res­pub­likasına gələn İİR vətən­daşı 2002-ci il təvəllüdlü Bargikani Naza Muham­medbakhirin üzərində 320 qram narkotik maddə olan “he­roin” aşkar olunaraq götürül­müşdür. Narkotik vasi­tə­nin sifarişçi­si­nin müəyyənləşdirilməsi və saxlanılaraq məsuliyyətə cəlb olun­ma­sı məqsədilə həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticə­sində Bakı şəhər sakinləri 1992-ci il təvəllüdlü Səfərov Ka­zım Ağəli oğlu və 1994-cü il təvəllüdlü Nəsirov Elyaz Taleh oğlu sax­lanılmışlar.

-      13 dekabr tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­la­rının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonu Əhmədli kən­di ərazisindəki sərhəd zastavasının xidməti ərazisində İran İslam Res­publikasından  Azər­bay­can Respublikası istiqamətində dövlət sər­­hə­dini pozmuş 1976-cı il təvəl­lüdlü Bərdə rayon sakini Cəfərov Tələt Allahyar oğlu və 1977-ci il təvəllüdlü Ağcabədi rayon sakini Quliyev Namiq Allahverdi oğlu 2270 qram narkotik maddə olan “marixuana” ilə saxlanılmışlar.

-      13 dekabr tarixində Dövlət Sərhəd Xidmətinin və Dovlət Təhlükə­siz­lik Xidmətinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliy­yat-axtarış tədbirləri nəticə­sində Yardımlı rayonu ərazisində “Mer­se­des” markalı avtomobilə baxış keçirərkən salonda 1145 qram narko­tik maddə olan “heroin” aşkar olunaraq götürülmüşdür. Avtomobildə olan AR vətəndaşları Şəm­kir rayon sakini 1991-ci il təvəllüdlü Əlizadə Vüsal Yaşar oğlu, Mingəçevir şəhər sakini 1984-cü il təvəllüdlü Soltanov Elçin Mux­tar oğlu və Sumqayıt şəhər sakini 1977-ci il təvəllüdlü Hüseynov Hüseyn Novruz oğlu saxlanılmışlar.

Qeyd olunan faktlar üzrə cinayət işləri başlanılmışdır, zəruri əmə­­liyyat-istintaq hərəkətləri həyata keçirilir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

 

f tw