+
-
13.12.2018
13.12.2018, 14:54- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri davam etdirilir.

12 dekabr 2018-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­la­rının “Zaqatala” sərhəd dəstəsinin Qax rayonunun Lələli kəndi yaxınlıqdakı sərhəd zastavasının xidməti ərazisində Alazan çayının kənarında gizlədilmiş 2 ədəd bağlamada müxtəlif çeşidli 110 ədəd pirotexniki vasitə aşkar olu­na­raq götürülmüşdür.

Qeyd olunan faktlarla əlaqədar əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

             

Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi

 

f tw