+
-
21.11.2018
21.11.2018, 09:15 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

2018-ci ilin noyabr ayının 20-də Аzərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Аzərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Türkiyə Respublikasının Silahlı Qüvvələri arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilmiş və əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır. General-polkov­nik Elçin Quliyev Azərbaycan Respub­likası ilə Türkiyə Res­pub­likası arasında dostluq və strateji tərəf­daş­lıq münasibət­lərinin qurulmasında Ümummilli Lider Heydər Əli­yevin əvəzsiz xid­mət­lərini xüsusi qeyd etmiş, Azərbaycan Res­publikasının Prezidenti cənab İlham Əliyevin bu münasibətlərin inkişafına ciddi önəm verərək həyata keçirdiyi dövləti si­ya­sət sayəsində qarşı­lıqlı əlaqə­lərin ən yüksək səviyyədə olma­sını vurğulamışdır.   

Söhbət əsnasında АR-in dövlət sərhədindəki mövcud əməliy­yat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən Ermə­nistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, bu ərazilərdən qeyri-qanuni məqsədlərlə istifadə hallarının davam etdirilməsi qeyd olunmuşdur. Bununla yanaşı qeyri-leqal miqra­siya, qaçaqmalçılıq, narkotiklərin daşınması və digər transsərhəd cinayətkarlıq fəaliyyətləri ilə mübarizədə həyata keçirilmiş təd­bir­lər, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki ba­za­nın təkmilləşdirilməsi üzrə görülmüş işlər və qazanılmış nai­liyyətlər barədə məlumat verilmişdir.

Tərəflər arasında sərhəd mühafizəsinin möhkəmlən­dirilməsi, təc­rübə və məlumat mübadiləsinin aparılması, birgə təlimlərin təş­kili, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və digər maraq do­ğuran məsələlər barəsində fikir mübadiləsi aparılmışdır.

Görüşdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səla­hiyyətli səfiri Erkan Özoral da iştirak etmişdir.

Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçmişdir.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

 

f tw