+
-
15.11.2018
15.11.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Cari ilin noyabr ayının 14-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin rəhbərlik etdiyi nüma­yəndə heyəti Qırğızıstan Respublikasının Bişkek şəhərində Müstəqil Döv­lətlər Birliyinin Sərhəd Qoşunlarının Komandanları Şurasının (SQKŞ) 80-ci iclasında müşahidəçi qismində iştirak etmişdir.

Tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Özbəkistan, Rusiya, Ta­ci­kistan, Ermənistan və Türkmənistanın sərhəd xidmətləri, SQKŞ-nin Əla­qələndirici Xid­məti, MDB-nin İcraiyyə Komitəsi, MDB-nin Antiterror Mərkəzi, Sərhəd xid­məti veteranlarının Beynəlxalq İctimai Birliklər İttifaqının Əlaqələndirici Şu­ra­sının nümayəndə heyətləri iştirak etmişlər.

İclas zamanı MDB iştirakçısı olan dövlətlərin sərhədlərində vəziyyət, onun inkişaf tendensiyaları və sərhəd təhlükəsizliyinin təmin edilməsi barə­də fikir mübadiləsi aparılmış, sərhədlərdə baş verən böhran hallarının tən­zimlənməsi üzrə birgə təlimlərin təşkil olunması, Böyük Vətən Mühari­bə­sində qələbənin 75-ci ildönümünün qeyd olunması ilə bağlı SQKŞ-nin  Təd­birlər Planının həyata keçirilməsi, elmi-tədqiqat fəaliyyətinin aparıl­ması, 2018-ci ildə SQKŞ-nin fəaliyyətinin nəticələri və 2019-cu il üçün tapşırıqları, növbəti iclasın gündəliyi və digər məsələlər müzakirə olunmuş­dur.

İclasdan sonra Rusiya, Belarus, Türkmənistan, Tacikistan Sərhəd Xid­­mətlərinin rəhbərləri ilə görüşlər keçirilmiş, qarşılıqlı əlaqələrin pers­pek­tivləri və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıl­mışdır.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xid­məti və Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsinin Sər­həd Xidmətinin nümayəndə heyətləri arasında görüş keçirilmiş, ikitərəfli əmək­daşlığın mövcud vəziyyəti və qarşılıqlı faydalı inkişafı məsələləri müzakirə olunmuş, görüşün yekunlarına dair ikitərəfli protokol imzalanmışdır.

Səfər dostluq və qarşılıqlı anlaşma şəraitində keçmişdir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw