+
-
02.11.2018
02.11.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

2018-ci ilin 02 noyabr tarixində Dövlət Sərhəd Xidmətinin rəisi ge­neral-polkovnik Elçin Quliyev, Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Səfər Mehdiyev və Dövlət Miqrasi­ya Xidmə­tinin rəisi Vüsal Hüseynov “Samur” dövlət sərhədindən bu­raxılış məntəqəsində mövcud vəziyyət və xidməti fəaliyyətin təşkili ilə tanış olmuşlar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliye­vin dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd və gömrük rəsmiləşdirilməsinin sa­dələşdirilməsi barədə verdiyi tapşırıqların icra vəziyyəti və bu istiqamətdə gö­rülmüş tədbirlərin səmərəliyinin qiymət­lən­dirilməsi məqsədilə dövlət sərhədin­dən keçən şəxslərlə söhbətlər edilmiş, ölkəyə gələn və ölkə­dən gedən şəxslər və nəqliyyat vasitələri üzərində sərhəd və gömrük nəzarətinin effek­tivliyinin daha da artırıl­ma­sı və yoxlama müddət­lə­rinin maksimal azal­dıl­ması məsələləri nə­zər­dən keçirilmişdir.

Bu məqsədlə sərhəd nəzarəti və gömrük orqanlarının vəzifəli şəxs­­lərinin iştirakı ilə keçirilmiş xidməti müşavirədə Azər­baycan Res­pub­­likasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin turizm im­kan­larının genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaş­dırıl­ma­sı, sa­hib­karlığın inkişaf etdirilməsi və dövlət qurumları tərəfindən Azər­­baycan vətən­daşlarının mənafelərinin qorunması ilə bağlı tapşı­rıq və göstərişlərinin icra vəziyyəti ilə bağlı geniş fikir mübadiləsi apa­rılmışdır.

Səfər çərçivəsində “Samur” dövlət sərhədindən buraxılış məntə­qəsində Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşlara müvafiq xid­­mətlərin göstərilməsi, o cümlədən miqrasiya qanunvericiliyinin po­zul­­ması ilə əlaqədar hallarda dövlət sərhədindən keçən şəxslərin artıq vaxt itkisinə məruz qalmadan miqrasiya orqanlarına müraciət edə bil­mələri üçün yaradılmış şəraitlə tanış olunmuş, bunun Azərbaycan Res­­publikası vətəndaşlarının və əcnəbilərin sərhədkeçmə prosedur­ları ilə əlaqədar məmnunluq səviyyəsinin yüksəldilməsinə yönəlmiş ciddi ad­dım olması qeyd edilmişdir.     

Qusar rayonunun İcra Hakimiyyətinin başçısı Şair Alxasovun iştirakı ilə “Samur” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşı­sında abadlaşdırılma işlərinin aparılması və vətəndaşlar üçün daha əlverişli şəraitin yaradılması məsələləri müzakirə olunmuş, Azərbay­can Respublikası və Rusiya Federasiyası hökumətlərin arasında im­za­lanmış Sazişə uyğun olaraq “Samur” çayı üzərində yeni körpü­nün inşası ilə əlaqədar görülən işlərə baxış keçirilmişdir.

 

 

  Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw