+
-
15.08.2018
15.08.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan dövlətçiliyinin banisi Ulu Öndər Heydər Əliyevin mü­əy­­­­yən­ləş­dirdiyi milli sərhəd siyasətinin Azərbaycan Respub­lika­sının Pre­­zi­denti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tə­rəfindən uğurla həyata keçirilməsi ölkəmizin sərhəd müha­fi­zə­sinin müasir tələblər səviyyəsinə qaldırılmasına əlverişli zəmin ya­ratmış, döv­lət sərhədlərinin toxunul­mazlığının təmin olunması isti­qa­mətində da­vamlı dina­mik inki­şafa nail olun­muşdur.

Dövlət sər­hə­dinin mühafi­zə­si infrastrukturunun təkmilləş­diril­mə­si, yeni hərbi his­sələrin yara­dıl­ması, ən müasir texnika və avadanlıqların sər­həd xid­­mə­tində tətbiqi, şəxsi heyətin döyüş vərdişlərinin və peşə­kar­lığının daha da yüksəl­dilməsi isti­qamətində ardıcıl tədbirlər uğurla həyata keçirilməkdədir.

Dövlət sərhədinin mürəkkəb relyefə malik ərazilərində xid­mətin key­fiyyətinin yük­səl­dil­məsi, hərbi qulluqçuların sosial-məişət şərai­tinin yaxşılaş­dırılması məqsədilə qısa müddət ərzində yüksək keyfiyyətlə yeni inşa edilmiş Dövlət Sərhəd Xidmə­ti­nin sərhəd qoşunlarının “Xu­dat” sər­həd dəs­təsinin “Yuxarı Tahircal” sərhəd zastavası kom­pleksi 2018-ci ilin avqust ayının 14-də xidməti istifadəyə verilmişdir.

Bu münasibətlə təşkil olunmuş təntənəli mərasimdə şəxsi heyəti təbrik edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Qu­li­yev Azərbay­can Respub­likasının Prezi­denti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Sərhəd Mühafizə­si­­nə gös­tə­rdiyi ali diqqət və qayğı sayəsində Dövlət Sərhəd Xidmə­tinin bütün hərbi hissə və bölmə­lərində şəxsi heyət üçün yüksək xid­mət və məi­şət şəraitinin yaradılmasını qeyd etmiş, yeni is­ti­fa­dəyə ve­ri­lən sərhəd zastavasının bu ali münasibətin növbəti təzahürü ol­du­ğu­nu vurğula­mışdır.

1992-ci ilin iyun ayının 16-da əsası qoyulmuş və yaradılarkən heç bir sərhəd infrastukturuna malik olma­yan “Xudat” sərhəd dəstəsi ötən dövr ərzində şərəfli inkişaf yolu keçərək Dövlət Sərhəd Xidmətinin qa­baq­cıl hərbi hissələrindən birinə çevrilmiş, Respublikamızın şimal sər­həd­­lərinin etibarlı mühafizəsinin təşkilində yüksək nailiy­yətlər əldə et­miş­dir.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüv­və­lərin Ali Baş Ko­­man­­da­nı cənab İlham Əliyevin “Xudat” sərhəd dəs­tə­sinə 4 dəfə səfər etmə­­sinin şəxsi heyətdə bö­yük ruh yüksəkliyi ya­rat­ması, hər bir sərhədçiyə qürur və şərəfli anlar yaşatması xüsusi vur­ğulan­mışdır.

Ötən əsrin 90-cı illərin əvvəllərində heç bir sərhəd infrastrukturu ol­­mayan ərazidə xidmətə başlayan sərhədçilərə Qusar rayon sakin­lə­ri­nin ciddi köməklik göstərmələrini xatırlayan Dövlət Sərhəd Xidmə­tinin rəisi general-polkovnik Elçin Qu­liyev sərhəd mühafizəsinin təşkili­nə verilən böyük dəstəyə görə yerli sakinlərə minnətdar­lığını bildir­mişdir.

Tədbirdə iştirak edən Qusar rayon icra hakimiyyətinin başçısı Şair Alxasov sərhəd­çiləri təbrik etmiş, xidməti fəaliyyətlərində uğurlar ar­­zula­mış, Qusar əhalisinin hər zaman Azərbaycan dövlətçiliyinə xid­mət etməsini bil­dirmiş, yerli sakinlərin problemlərinin həllinə sər­həd­çilərin daima dəs­tək verməsinə görə minnətdarlığını ifadə etmişdir.

Xidməti fəaliyyətlərində yüksək nəticələr göstərmiş hərbi qulluq­çulara dövlət təltifləri təqdim olunmuşdur.

Rəmzi lent kəsildikdən sonra ge­ne­­ral-pol­kov­nik Elçin Quliyev qo­naqlarla birlikdə sərhəd zastavası kom­pleksində yaradılmış şəraitlə ta­­nış olmuş­dur. Müasir tələblərə ca­vab verən sərhəd zas­ta­vasında şəx­si heyət üçün lazımi məişət şəraiti olan yataqxana, yemək­xana, is­ti­ra­hət və xüsusi təyinatlı otaq­lar, təlim şəhərciyi, anbarlar, mərkəzləş­dirilmiş istilik və işıqlandırma sistemləri, ha­mam-cama­şırxana, idman şəhərciyi, zabit və gizir ailələri üçün inşa olunmuş, me­­bel və avadan­lıq­larla təmin edilmiş mənzil­lər və digər tikililər sərhədçilərin istifa­də­si­nə verilmişdir.

Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin rəisi general-pol­kov­nik Elçin Quliyev və qonaqlar şəxsi heyətlə birlikdə nahar etmişlər.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw