+
-
10.08.2018
10.08.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti tərəfindən gənclərin Heydər Əliyev dövlətçiliyinə sədaqət, hərbi vətənpərvərlik, Vətənə, qədim tariximizə, mənəvi dəyərlərimizə hörmət və ehtiram ruhunda tərbiyə olunması, onlarda sərhədçi peşəsinə marağın artırılması istiqa­mətində tədbirlər davam etdirilir.

Bu tədbirlər sırasında yaradıcılıq müsabiqələri xüsusi yer tutur. Azərbay­can Sərhəd Mühafizəsinin yaradılmasının 99-cu ildönümü ərəfə­sində bədii ədə­biyyat, təsviri sənət, qəzet məqaləsi və orta məktəb şagirdləri arasında “Sərhəd­lərimizin keşiyində” mövzusunda inşa yazı müsabiqəsi təşkil edilmişdir. Müsabi­qədə 1000 nəfərdən artıq yaradıcı insan, peşəkar və həvəs­kar yazıçılar, şairlər, rəssamlar, jurnalistlər, sərhədçi zabit və gizirlər, onların ailə üzvləri, əsgərlər, ümum­təhsil məktəblərinin şagirdləri iştirak etmişlər.

Müsabiqə iştirakçıları tərəfindən təqdim olunmuş çoxsaylı əsərlər sırasın­dan ən yaxşıları seçilərək 40 şer, 14 hekayə, 15 qəzet məqaləsi, 68 inşa yazısı və 30 rəsm əsəri müsabiqənin finalına buraxılmış, peşəkar mütəxəssislərdən iba­rət mün­sif­­lər heyəti tərəfindən müsabiqənin finalçıları arasından qaliblər müəy­­yən edilmişdir.

Avqust ayının 10-da Dövlət Sərhəd Xidməti Akademiyasında Təhsil Nazir­liyi, Mətbuat Şurası, Yazıçılar Birliyi və Rəssamlar İttifaqı ilə birgə müsabiqənin yekun­la­rına həsr olunmuş təntənəli tədbir keçirilmişdir.

Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüv­­vələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbay­can Respublikasında gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, in­tel­­­lektual inkişafına və yaradıcılıq fəaliyyətinə dövlətimiz tərəfindən böyük önəm veril­məsi, sərhədçilərin fədakar xidmətlərinin təbliği, sərhədçi peşəsinə rəğbət və ehtiram hissinin aşılanması üçün bu müsabiqənin ciddi əhəmiy­yət kəsb et­mə­­si xüsusi vurğulamışlar.

Müsabiqənin qaliblərinə diplomlar və pul mükafatları təqdim olunmuş, mü­sa­bi­qədə yer tutmuş təsviri sənət nümunələri nümayiş etdirilmişdir. Tədbirin so­nunda Ulu Öndər Heydər Əliyevin möhtəşəm abidəsi önündə xatirə fotoşəkil­ləri çəkdirilmişdir.

                                           

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw