+
-
07.08.2018
07.08.2018 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumat

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində təd­birlər davam etdirilir.

DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində son gün­lərdə 4 əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycan Respublikası­nın dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınmışdır. Belə ki,:

  • 24 iyul tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Dubay-Bakı reysi ilə uçub gələn 1986-cı il təvəllüdlü Pakistan İslam Res­publikasının vətəndaşı Sultana Fakhara Raza Muhammadın sər­həd nəzarətinə təqdim etdiyi sənədlərin saxtalaşdırılması əlamətləri aşkarlanmış, laboratoriya şəraitində dərinləşdirilmiş yoxlama zama­nı pasportunun məlumat səhifəsinin dəyişdirilməsi, həmçinin İspa­niyaya aid daimi yaşayış kartının saxta olması təsdiqlənmişdir.
  • 26 iyul tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Riqa reysi ilə uçmaq istəyən, özünü İspaniya Krallığının vətəndaşı kimi təqdim edən 1989-cu il təvəllüdlü Mehmood Asad Rasheedin sər­həd nəzarətinə təqdim etdiyi İspaniya pasportunun saxta olmasına şübhə yaranmış və dərinləşdirilmiş yoxlama zamanı pasportun sax­talaşdırılması təsdiqini tapmışdır. Araşdırma nəticəsində saxlanıl­mış şəxsin Pakistan İslam Respublikasının vətəndaşı olması müəy­yən olunmuş, baxış zamanı saxlanılan şəxsin üzərindən Pakistan pasportu aşkarlanmışdır.
  • 30 iyul tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Moskva-Bakı reysi ilə uçub gələn Özbəkistan vətəndaşı 1971-ci il təvəllüdlü Ulikova Feruzanın sərhəd nəzarətinə təqdim etdiyi pasportdakı Azərbaycan Respublikasının dövlət sərhədinin keçilməsi barədə ta­rix-ştampların saxtalaşdırılması müəyyən edilmişdir.
  • 06 avqust tarixində “Samur” dövlət sərhədindən buraxılış məntəqə­sində Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn Özbəkistan vətəndaşı 1982-ci il təvəllüdlü Yegenmatov Avezmurat Bayramgeldıyeviçin sərhəd nəzarətinə təqdim etdiyi pasportdakı Azərbaycan Respublikasının dövlət sərhədinin keçilməsi barədə tarix-ştampların saxtalaşdırılması aşkar olunmuşdur.

Qeyd edilən faktlar üzrə müvafiq tədbirlər həyata keçirilir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw