+
-
27.07.2018
27.07.2018 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti ölkəmizin sərhəd mühafizə infrastrukturu­nun təkmilləşdirilməsi, müasir tələblərə cavab verən yeni sərhəd mən­təqələrinin tikilib istifadəyə verilməsi, sərhədçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılması tədbirlərini müvəffəqiyyətlə davam etdirir.

2018-ci ilin iyul ayının 27-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsində yeni inşa edilmiş “Daş­kənd” sərhəd zastavası kompleksinin xidməti istifadəyə verilməsi bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlərin növbəti ifadəsi olmuşdur.

Yeni sərhəd zastavası kompleksinin açılışı münasibəti ilə keçirilən mərasimdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Ulu Öndər Heydər Əliyevin milli inkişaf siyasətini qətiyyətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvə­lərin Ali Baş Komandanı cənab İlham Əliyevin ali diqqəti sayəsində Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində şəxsi heyət üçün yüksək xidməti və məişət şəraitinin yaradıldığını qeyd et­mişdir. Ardıcıl həyata keçirilən islahatlar sayəsində Azərbaycan Sər­həd Mühafizəsinin mükəmməl inkişaf yolu keçərək qarşıya qoyulan hər bir tapşırığı layiqincə yerinə yetirməyə qadir olan hərbi qurum sə­viyyəsinə yüksəldiyi xüsusi vurğulanmışdır. General-polkovnik Elçin Quliyev Azərbaycan sərhədçisinin dövlətçiliyimizin və sərhədlərimizin keşiyində ayıq-sayıq dayandığını, Dövlət Sərhəd Xidmətinin bütün şəxsi heyəti üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etməyin böyük şərəf və yüksək məsuliyyət olduğunu bildirmişdir. 

Tədbirdə iştirak edən Yardımlı rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov sərhədçiləri təbrik edərək onlara uğurlar arzulamışdır.

Mərasimdə xidmətdə yüksək nəticələr göstərmiş hərbi qulluq­çula­ra mükafatlar təqdim olunmuşdur. 

Rəmzi lent kəsildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi ge­neral-polkovnik Elçin Quliyev qonaqlarla birlikdə sərhəd zastavasına baxış keçirmişdir. Qısa müddət ərzində müasir tələblərə uyğun yeni inşa edilmiş sərhəd zastavasında xidmətin yüksək səviyyədə təşkili və sərhədçilərin istirahəti üçün hər cür şərait yaradılmışdır. Zabit və gizir ailələri üçün inşa olunmuş mənzillər, müasir tələblərə cavab verən xü­susi təyinatlı otaqlar, yeməkxana, istirahət guşəsi, təlim şəhərciyi, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri, hamam-cama­şırxa­na lazımi avadanlıq və vasitələrlə təmin olunmuş, yol və səkilər asfalt­lanmış, ərazidə abadlaşdırma işləri görülmüşdür.

Yerləşdiyi ərazinin xüsusiyyətləri nəzərə alınaraq sərhəd zasta­va­sını fasiləsiz enerji ilə təmin etmək məqsədilə pilot layihə olaraq Azər­baycan istehsalı olan günəş elektrik stansiyası quraşdırılmışdır. Azər­baycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən bu pilot layihəsinin uğurla gerçəkləşdirilməsi gələcəkdə mürəkkəb relyef şəraitinə malik olan digər ucqar sərhəd zastavalarının da enerji təminatının bərpa olunan enerji mənbələri hesabına həyata keçirilməsi şəraitini yarada­caqdır. 

Mürəkkəb relyefə malik yüksək dağlıq və meşəlik ərazidə inşa olunmuş yeni sərhəd zastavasında yaradılan şərait sərhədçilərə ilin bütün mövsümlərində, o cümlədən şaxtalı-boranlı qış aylarında xid­məti daha yüksək səviyyədə təşkil etməyə geniş imkanlar yaradacaq­dır.

Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin rəisi general-pol­kov­nik Elçin Quliyev və qonaqlar şəxsi heyətlə birlikdə nahar etmişlər.

 

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw