+
-
18.07.2018
18.07.2018 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

2018-ci ilin 21 iyun tarixində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin xid­mə­ti əra­zisində dövlət sərhə­dinin po­zulmasının qarşısını alarkən silahlı sər­­­­həd pozucu­ları ilə atışmada baş ça­­vuş Kuru­pov Ra­­ma­zan Məm­məd oğlu çoxsaylı güllə yaraları almış və təcili əməliyyat olu­na­raq həyatı xilas edilmişdir.

Dövlət Sərhəd Xidmətinin hərbi hospitalının həkimlərinin ciddi səy­­ləri və pe­şəkarlığı nəticəsində baş çavuş R.Kurupovun sağ­lam­­­­lığı qısa müddət ərzində bər­­pa edilmişdir və hazırda onun tibbi reabili­tasiya pro­se­dur­­­­larına cəlb edilməsi planlaşdırılır. Müalicə təd­bir­ləri yekun­laş­dıq­­­­dan sonra baş çavuş R.Kuru­povun Silahlı Qüvvə­lə­rin ehtiya­tı­na buraxılması nəzərdə tutulmuş­dur.

2018-ci ilin iyul ayının 17-də Dövlət Sərhəd Xidmətinin rəisi ge­­­ne­ral-polkovnik Elçin Quliyev baş çavuş R.Kurupovla görüşmüş və “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalını ona təqdim etmişdir.

Görüş zamanı general-polkovnik Elçin Quliyev öz həyatını təhlükə al­tına qoyaraq dövlət sərhədinin pozulmasına imkan ver­mədiyinə görə baş çavuş R.Kurupova minnətdarlığını bildirmiş və onun şü­caə­­ti­nin hər bir Azərbaycan sərhədçisi üçün nümunə olmasını qeyd etmişdir.

 

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw