+
-
17.07.2018
17.07.2018 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin hərbi hissələri və bölmələri tərə­findən sərhədyanı ərazilərdə yaşayan əhaliyə hər zaman mümkün köməklik gostərilmiş, müxtəlif problemlərin həllində dəstək veril­mişdir.

2018-ci ilin 15 iyul tarixində Füzuli rayonu sakininin həyatını sərhədçilərin köməkliyi ilə xilas etmək mümkün olmuşdur. Belə ki, həmin tarixdə Füzuli rayonunun Alıxanlı kənd sakini 1935-ci il təvəllüdlü Məmmədova Elminaz Rza qızını öz həyətində ilan sanc­mış və təcili olaraq rayon xəstəxanasına gətirilmişdir.

E.Məmmədovanın həyatını xilas etmək ücün ona təcili ilan zər­dabının vurulması zərurəti ilə əlaqədar Dövlət Sərhəd Xidmə­tinin sərhəd qoşunlarının Horadiz sərhəd dəstəsinə müraciət olun­muşdur.

Müraciətə dərhal reaksiya verilmiş, şəxsi heyətin ilan sanc­ması hallarında istifadə etmək məqsədilə hərbi hissənin tibb mən­tə­qəsində saxlanılan ilan zərdabı rayon xəstəxanasına çatdırılmış və vətəndaşın həyatı xilas edilmişdir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw