+
-
31.05.2018
31.05.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin hərbi hissələri və bölmələri tərəfindən sərhədyanı ərazilərdə yaşayan əhaliyə hər zaman mümkün köməklik göstərilmiş, müxtəlif problemlərinin həllinə dəstək verilmişdir.

2018-ci ilin 28 may tarixində Zaqatala rayonunda yerli sakinin həyatını sərhədçilərin köməkliyi ilə xilas etmək mümkün olmuşdur.

Belə ki, həmin tarixdə Zaqatala rayonunun Mazıx kənd sakini 1956-cı il təvəllüdlü Abakarova Həpsət Məhəmməd qızı öz həyətyanı sa­hə­sində işləyərkən onu ilan sancmış və təcili olaraq rayon xəstəxa­nasına gətirilmişdir.

H.Abakarovanın həyatını xilas etmək üçün ona təcili ilan zər­da­bının vurulması zərurəti ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin sər­həd qoşunlarının Zaqatala sərhəd dəstəsinə müraciət olunmuşdur.

Müraciətə dərhal reaksiya verilmiş, şəxsi heyətin ilan sancması hal­larında istifadə etmək məqsədilə hərbi hissənin tibb məntəqə­sin­də sax­lanılan ilan zərdabı rayon xəstəxanasına göndərilmiş və vətənda­şın həyatı xilas edilmişdir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw