+
-
02.05.2018
02.05.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən sər­həd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sər­­həd mühafizə tədbirləri uğurla davam etdirilir.

29 aprel 2018-ci il tarixdə DSX əməkdaşlarının sayıqlığı və pe­şə­kar­lığı sayəsində 4 nəfər əcnəbi vətəndaş tərəfindən dövlət sər­hə­di­nin pozulmasının qarşısı alınmışdır.

Hadisə Dövlət Sərhəd Xidmətinin “Şəmkir” sərhəd dəstəsinin xid­məti ərazisində baş vermişdir. Həmin tarixdə Ağstafa rayonunun Sa­dıxlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində döv­lət sər­hə­dini pozarkən 4 sərhəd pozucusu saxlanılmışdır.

Araşdırma zamanı Azərbaycan Respublikasından Gürcüstan isti­qamətində dövlət sərhədini pozmağa cəhd göstərən şəxslərin Hin­dis­tan vətəndaşları – 1995-ci il təvəllüdlü Dhak Mazara, 1993-cü il təvəl­lüdlü Singh Sukhdeep və Pakistan vətəndaşları – 1969-cu il təvəllüdlü İmtiaz Muhammed, 2002-ci il təvəllüdlü Həsən Əli olması müəyyən edilmişdir. Sərhəd pozucularının üzərinə baxış zamanı 2 ədəd mobil telefon, 4 ədəd pasport, 2 ədəd simkart, 3 ədəd kredit kartı, 500 avro, 357 ABŞ dolları, 63 Azərbaycan manatı, 5190 Pa­kistan rupisi aşkar olunmuşdur.

Araşdırma zamanı saxlanılmış sərhəd pozucularının Azərbaycan Respublikası ərazisinə rəsmi qaydada daxil olmaları, Avropa ölkələ­ri­nə getmək məqsədilə dövlət sərhədini poz­­araq Gürcüstan ərazisinə keç­məyə cəhd göstərmələri müəyyən edil­miş­dir.  

Saxlanılmış şəxslər barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw