+
-
08.03.2018
08.03.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə silsilə tədbirlər həyata keçirilmişdir.

Martın 7-də Dövlət Sərhəd Xidməti Aparatında bayram münasibətilə keçirilən tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Ulu Öndər Heydər Əliyevin qadınların cəmiyyətimizdəki rolunun artmasına, onların maddi rifahının yaxşılaşmasına, müqəddəs ailə dəyərlərinin qorunmasına göstərdiyi qayğıdan və həmin siyasətin bu gün də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, qadınlarımızın müstəqil Azərbaycan dövlətinin inkişafında xüsüsi xidmətlərinə önəm verməsini qeyd etmişdir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dövlətçiliyimizin əsaslarının möhkəmləndirilməsinin, ölkəmizin ictimai - siyasi və mədəni həyatının dinamik inkişafına yönəldilmiş əzmkar fəaliyyəti ilə хalqımızın böyük rəğbətini qazanması xüsusi vurğulanmışdır.

Daha sonra sərhədçi qadınlar təbrik edilmiş, оnlara хidmətdə və şəхsi həyatlarında uğurlar arzulanmışdır.

Tədbirin sonunda xidmətdə fərqlənmiş sərhədçi qadınlar təltif  olunmuşlar.

 

      Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

 

 

 

f tw