+
-
06.03.2018
06.03.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

03 mart 2018-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zaqatala sərhəd dəstəsinin yaradılmasının 25-ci ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilmişdir.

Dövlət himni oxunduqdan sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkvnik Elçin Quliyevin təbrik teleqramı şəxsi heyətə çatdırılmışdır.

Tədbirdə çıxış edən Dövlət Sərhəd Xidməti rəisinin müavini - Sərhəd Qoşunlarının Komandanı general-mayor Əsgər Xəlilov müstəqil dövlətimizin banisi Ulu Öndər Heydər Əliyevin milli inkişaf konsepsiyasını uğurla davam etdirən Azərbaycan Respub­lika­sının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan sərhəd mühafizəsinə ali diqqət və qayğısı sayəsində ölkəmizin sərhəd mühafizə­sinin ən müasir standartlar səviyyəsinə qaldırıldığını, dövlət sərhədlərimizin toxunul­mazlığının təmin olunması istiqamətində davamlı dinamik inkişafa nail olunduğunu xüsusi qeyd etmişdir.

Respublikamızın şimal-qərb sərhədlərinin keşiyində dayanan, yarandığı ilk vaxtlar heç bir zəruri sərhəd infrakstrukturuna malik olmayan Zaqatala sərhəd dəstəsinin ötən dövr ərzində böyük inkişaf yolu keçərək formalaşması və dövlət sərhədi­nin etibarlı mühafizəsinin təşkilində yüksək nailiyyətlər əldə etməsi vurğulan­mışdır.  

Azərbaycan Respublikasının Prezi­denti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərhəd mühafizəsinin inkişafı məsələlərinə xüsusi diqqət və qayğı göstərməsi, tez-tez sərhədçilərlə görüşərək onların problemləri ilə maraqlanması, tövsiyə və tapşırıqlarını verməsi böyük iftixar hissi ilə qeyd olunmuşdur.

Tədbirin sonunda incəsə­nət ustaları sərhədçilər qarşısında maraqlı konsert proqramı ilə çıxış etmişlər.

 

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw