+
-
22.02.2018
22.02.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsindən sonra milli suverenliyin möhkəmləndirilməsi, dövlətin əsas rəmzlərindən olan döv­lət sərhədinin etibarlı mühafizəsinin təşkili, qonşu ölkələrlə dövlət sər­həd­lə­rinin müəyyənləşdirilməsi dövlət siyasətinin əsas prioritet sahələ­rin­dən biri olmuşdur.

Dahi Öndər Heydər Əliyevin təməlini qoyduğu və Azərbaycan Res­pub­­li­ka­sının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliye­vin uğurla davam etdirdiyi milli sərhəd strategiyası sərhəd siya­sətinin kon­sep­tu­al əsaslarını təsbit etmiş, dövlət sərhədinin mühafizəsi üzrə qarşıda duran və­zifələri müəyyənləşdirmişdir.

Həmsərhəd ölkələr arasında ilk olaraq, Azərbaycan-Rusiya dövlət sər­hə­dinin müəyyənləşdirlməsi prosesinə 1996-cı ildən etibarən başlanılmış və 14 illik birgə fəaliyyət uğurla yekunlaşdırılaraq 3 sentyabr 2010-cu il tarixdə “Azərbaycan Res­pub­­li­kası və Rusiya Fe­de­rasiyası arasında dövlət sər­hədi haqqında” dövlət­lərara­sı müqavi­lə imzalanmışdır.

Milli dövlətçilik tari­xində ilk dəfə olaraq Azər­bay­can Respublika­sı­nın Rusiya Federasiyası ilə dövlət sərhədinin rəs­mən müəy­yən edil­məsi Azər­bay­­­can Respubli­kasının Prezidenti, Silahlı Qüv­vələrin Ali Baş Ko­man­danı cənab İlham Əliyevtərəfindən ardıcıl və məq­səd­yön­lü şəkildə uzun illər ər­zin­də həyata keçirilən dövlət siyasətinin real nəticəsi, Rusiya Fede­ra­si­yası ilə ikitərəfli münasibət­lərin dostluq və strateji tərəfdaşlıq səviy­yəsinə yük­­səl­­mə­si­nin daha bir göstəricisi, milli diplomatiyamızın növbəti uğuru olmuşdur.

Müqavilənin icrası çərçivəsində demarkasiya işçi qruplarının fəaliy­yə­tinin təşkili, dövlət sərhədlərinin ərazidə işarələnməsi, sərhəd nişanlarının qu­raş­­dırılmasına hazırlıqla bağlı zəruri işlərin görülməsi təmin olunmuşdur.    

2018-ci ilin fevral ayının 22-də Qusar rayonunun Zuxul kəndi ərazi­sin­də Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədində ilk sərhəd nişanının təntənəli quraşdırılması mərasimi keçirilmişdir.

Azərbaycan Sərhəd Mühafizəsi tarixinin ən əlamətdar hadi­sələrindən biri olan bu təntənəli mərasimdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xid­mə­tinin və Rusiya Federasiyasının Federal Təhlükə­siz­lik Xidmətinin Sər­həd Xidmətinin nümayəndə heyətləri, Azərbaycan Res­publikası və Rusiya Fe­de­rasiyası arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Döv­lət Komissiyalarının üzvləri iştirak etmişlər.    

Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədində ilk sərhəd nişanı quraşdırıldıqdan sonra Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quluyev, Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini – Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının sədri cənab Xələf Xələfov, Rusiya Federasiya­sının Azərbaycan Respublikası ilə dövlət sərhədinin delimitasiyası və demar­kasiyası üzrə Dövlət Komissiyasının sədri cənab Vadim Postnov, Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin nü­mayəndə heyətinin rəhbəri  general-ley­tenant Aleksey Buyerov çıxış etmiş­lər.

Çıxışlarda Azərbaycan Res­publikası­nın Prezidenti, Silahlı Qüvvələ­rin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli siyasəti, Azər­bay­can Respublika­sının dövlət maraqlarının ardıcıl və məqsədyönlü müda­fiəsi sa­yə­sində Rusiya Federasiyası ilə dövlət sərhədlərimizin deli­mita­siyası və de­mar­ka­siyası üzrə fəaliyyə­tin artıq son mərhə­ləyə qədəm qoy­ması, bu hadisə­nin Azərbaycan Respublikası ilə Rusiya Fede­rasiyası arasında döv­lət­lər­ara­­sı münasibətlərin mehriban qon­şuluq və dost­luq, strateji tərəf­daşlıq və qar­­şılıqlı faydalı əməkdaşlıq səviy­yəsinin növbəti nümayişi olması vurğulanmış, dövlət sərhədinin demarkasiyası işlərinin ən yaxın zamanlarda uğurla başa çatdırı­lacağı qeyd olunmuşdur.

 

                                   Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

 

f tw