+
-
06.02.2013
06.02.2013 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Son zamanlar Azərbaycan-İran sərhədində fəaliyyət göstərən transsərhəd cinayətkar qrupların aşkarlanması və zərərsizləşdirilməsi, qaçaqmalçılıq fəaliyyətinin qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən zəruri tədbirlər davam etdirilməkdədir.

Belə ki, cari ilin fevral ayının 3-də Azərbaycan-İran dövlət sərhədinin 59 nömrəli sərhəd nişanı yaxınlığında (Beyləqan rayonu ikinci Şahsevən kəndi) 3 nəfərdən ibarət cinayətkar qrupun dövlət sərhədini pozması cəhdinin qarşısı alınmışdır.  Sərhəd pozucuları qayıqla Azərbaycandan İrana qaçaqmalı apararkən sərhəd naryadı ilə qarşılaşmış, onların qanuni tələblərinə tabe olmayaraq Azərbaycan Respublikası sərhədçilərinə qarşı odlu silahdan istifadə etmişlər.

Sərhəd naryadının xəbərdarlıq atəşi nəticəsində qaçaqmalın bir hissəsini Azərbaycan ərazisində ataraq qaçdıqda, qayıq aşaraq Araz çayında batmış, lakin sərhəd pozucuları İran ərazisinə keçməyə nail olmuşlar.   

Hal-hazırda cinayətkar qrup üzvlərinin müəyyənləşdirilməsi, qayığın və digər maddi sübutların aşkarlanması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

f tw