+
-
05.01.2018
04.01.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dünya Azərbaycan­lılarının Həmrəyliyi Günü və Yeni İl Bayramı münasibəti ilə Dövlət Sərhəd Xidmətində təşkil olunan silsilə tədbirlər çərçivəsində DSX-nin Sahil Mühafizəsində, Xüsusi Məktəbində və Hərbi Hospitalında və sərhədçilər üçün Bakı şəhəri Nərimanov rayonunda inşa edilmiş yaşayış kompleksində  bayram mərasimləri keçirilmişdir.

Bayram tədbirlərində soydaşları­mızın Vətənə səda­qə­tini, xalqı­mı­­zın öz keç­mişinə, milli-mənəvi dəyərlərinə ehtiramını əks etdirən tarixi yaddaşı­mızın mühüm hissəsinə çevrilmiş Dünya Azərbaycanlılarının Həmrəylik Günü­nün Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da təsis olunması qeyd edilmiş, məhz Ulu Öndərin misilsiz xidmətləri sayə­sin­də milli birlik və həmrəylik ideyalarının dövləti siyasət səviyyəsinə yüksəlməsi və soy­daşla­rımızın doğma Vətənə bağlılığının möhkəm­lən­dir­ilməsi xüsusi vurğulan­mışdır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Koman­danı cənab İlham Əliyev tərəfindən azərbaycançılıq ideyalarının uğurla həyata keçirilməsi nəticəsində xaricdə yaşayan soydaşlarımızın mütəşək­killiyinin art­ması, diaspor təşkilatlarımızın Azərbaycan həqiqət­lə­­­rinin təbliği və dövləti maraqlarımızın qorunması istiqamətindəki fəaliy­yə­ti­nin xüsusi əhəmiyyət kəsb etməsi qeyd olunmuşdur.

Tədbirlərdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında azərbaycançılığın beşiyi olan müstəqil Azərbaycan Respublikasının dövlət sərhədlərini qoru­maq­­dan şərəf və qürur duyduqlarını bildirmişlər.

2017-ci ilin ölkəmizin həyatında qa­zanılan uğurlarla, çoxsaylı əlamətdar hadisələrlə yadda qalması vurğu­lan­mış, qarşıdan gələn yeni ildə bu uğurların davam edəcəyinə əminlik ifadə olun­muşdur.

Bayram tədbirlərində Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestri, Respub­likamızın mədəniyyət və incəsənət xadimləri maraqlı konsert proq­ramları ilə çıxış etmiş, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş filmlər nümayış etdirilmişdir.

        

                                            Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

 

f tw