+
-
13.12.2017
13.12.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dekabr ayının 12-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin anım günü münasibəti ilə tədbir keçirilmişdir. Tədbidə iştirak edən Bakı Dövlət Universitetinin  professorları, Türkan və Hövsan qəsəbələrinin orta ümumtəhsil məktəblərinin şagirdləri öncə Heydər Əliyev İdeoloji Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən foto-ekspozisiya ilə tanış olmuşlar.

Əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərin­dən söz açmış, tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiy­yətin, xalqının tarixinə, mədəniy­yətinə, milli-mənəvi dəyərlərinə böyük sevgi nümunəsi olan qüdrətli siyasi xadimin həyat və fəaliyyətindən danışmışlar.  

Dahi Öndərin ölkəmizə rəhbərlik etdiyi illərdə müs­təqil Azərbaycanın sərhəd mühafi­zəsinin inkişafındakı misilsiz xidmətləri min­nət­darlıq hissi ilə xatırlanmış, Ulu Öndərin müəllifi olduğu milli sərhəd strategiyasının Azərbaycan Respub­li­ka­sı­nın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müvəffəqiyyətlə yerinə yetirilməsi, ardı­cıl həyata keçirilən islahatlar sa­yə­sində Dövlət Sərhəd Xidmətinin sürətlə inkişaf edərək dövlət sərhədlərinin etibarlı mühafizəsini təmin etməyə qadir olan quruma çevrilməsi qürur hissi ilə vurğulanmışdır.

Tədbirin sonunda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Ulu Öndər Heydər Əliyevin həyatından bəhs edən kompozisiya nümayiş etdirmişdir.

                                      

                             

                                           Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw