+
-
24.11.2017
24.11.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Noyabrın 23-də Azərbaycan İstiqlal Muzeyində Dövlət Sərhəd Xidmətinin, Dövlət Təhlükəsizlik Xidmətinin və İstiqlal Muzeyin birgə təşkilatçılığı ilə siyasi repressiyaların 80 illiyinə həsr edilmiş “Qara dastan-37” adlı tədbir-sərgi keçirilmişdir.

Tədbirdə çıxış edənlər totalitar sovet rejiminin siyasi repressiyalarının qurbanlarına çevrilmiş, qabaqcıl düşüncəyə malik olan ziyalıların, yazıçıların, hərbçilərin, dövlət xadimlərinin və on minlərlə günahsız insanın qətlə yetirilməsini Azərbaycan tarıxındə baş vermiş ən böyük faciələrdən biri olduğunu vurğulamışlar.

Daha sonra siyasi repressiyalarla bağlı materialların, eksponatların əldə olunmasında göstərdikləri köməkliyə görə Dövlət Sərhəd Xidmətinin və Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyinə minnətdarlıq ifadə olunmuş, bu qurumların nümayəndələrinə təşəkkürnamələr təqdim edilmişdir.

Sonda tədbir iştirakçıları üçün repressiya qurbanlarına həsr edilmiş eksponatlara və arxiv sənədlərinə  baxış təşkil edilmişdir.

 

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

 

f tw