+
-
21.11.2017
21.11.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti tərəfindən 2017-ci ilin oktyabr ayı ərzində döv­lət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasi­tə­lərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdiril­miş­dir.

Ay ərzində dövlət sərhədini pozduqlarına görə 39 nəfər saxlanılmış, onların 16 nəfəri Azərbaycan Respublikası, 8 nəfəri Özbəkistan, 6 nəfəri Tacikistan, 2 nəfəri İran İslam Respublikası, 2 nəfəri Pakistan, 1 nəfəri Ru­­­siya, 1 nəfəri Moldova, 1 nəfəri Qırğızıstan, 1 nəfəri Şri-Lanka, 1 nə­fə­ri Hin­­distan vətəndaşları olmuşlar.

Sərhəd rejim pozucusu qismində 17 halda 38 nəfər saxlanılaraq ba­­rələrində müvafiq tədbirlər görülmüşdür.

Dövlət sərhədindən keçid məntəqələrində rejim qaydalarını poz­duq­la­rı­na görə 2168 nəfər, o cümlədən ölkədən çıxışı qadağan olundu­ğuna görə 1158, ölkəyə girişi qadağan olunduğuna görə 117, vizası ol­madığına görə 302, vizasının və pasportunun müddəti bitdiyinə görə 152, müvafiq sənədi olmadığına görə 95, ölkədə müddətdən artıq qal­dığına gö­rə 161, etibarnaməsi olmadığına görə 183 nəfər dövlət sər­hə­dindən  bu­raxıl­ma­mışdır.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 478 nə­fər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilmişdir.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə təd­birləri nəticəsində 1 kq 758,88 qram narkotik maddə aşkar edilərək götü­rül­müşdür.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata ke­çirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təqribən 269 min 310 min manat olan qaçaqmal, o cümlədən 2 ədəd tüfəng, 1 ədəd RQD-5 əl qum­barası,  2 ədəd qayıq, 1 ədəd xəncər, 35000 ABŞ dolları, 2190000  Ru­si­ya rublu, 4769 qutu pirotexniki vasitə, 931 qutu siqaret, 131 ədəd mobil te­lefon, 3854 ədəd müxtəlif növ dərman preparatları, spirtli içkilər, sə­na­ye və kənd təsərrüfatı malları saxlanılmışdır.

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw