+
-
13.11.2017
13.11.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan xalqının ümummilli lideri Heydər Əli­ye­vin irsinin və Dahi Öndərin banisi olduğu milli dövlətçiliyimizin tə­şəkkül tari­xinin öyrənilməsi Azər­baycan sərhədçilərinin hərbi və­tən­­pərvərlik tər­biyəsinin əsasını təşkil edir.

Dövlət Sərhəd Xidmətinin “Heydər Əliyev elmi araşdırmalar mər­kəzi”nin dəstəyi və təşkilatçılığı sayəsində bütün hərbi hissə­lərdə, xüsusilə də Dövlət Sərhəd Xidmətinin Akademiyasında və Xüsusi Məktəbində Dahi Öndərin həyat salnaməsinin, təhlükə­siz­lik orqanlarında xidmət illərinin və siyasi fəaliyyətinin, sərhəd təhlükəsizliyi konsepsiyasının banisi kimi Azərbaycan Sər­həd Mühafizəsi tarixindəki müstəsna xidmətlərinin tədqiq edil­məsinə, gənc nəslin Heydər Əliyev ideyalarına sadiqlik ruhunda tərbiyə­sinə ciddi önəm verilir.

Noyabr ayının 11-də 44 ali təhsil müəssisəsinin iştirak etdiyi, Heydər Əliyev Mərkəzinin və Azərbaycan Respublikasının Təhsil Na­zir­liyinin dəstəyi ilə keçiri­lən “Heydər Əliyev və Azərbaycan tarixi” IV ümumrespublika bilik yarışında Dövlət Sərhəd Xidmətinin Akademiyası 35 xalla 1-ci yerə yüksəlmişdir.

Dahi Öndər Heydər Əliyevin irsinin öyrənilməsi istiqamətində həyata keçirilən tədbir­lərin səmərəliyinin mühüm göstəricisi olan bu qələbə xəbərini Dövlət Sərhəd Xidmə­tinin şəxsi heyəti böyük sevinc və qürur hissi ilə qarşılamışdır.

Noyabr ayının 13-də Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev bilik yarışının qaliblərini və onları hazırla­mış müəllim heyətini qəbul etmişdir.

General-polkovnik Elçin Quli­yev kursantları və onların müəl­lim­lərini qələbə münasibətilə səmi­mi təbrik etmiş, Azərbay­can Sər­­həd Mühafizəsinin təşəkkülündə və formalaşmasında Hey­­dər Əliyevin müstəsna rolu­nu xüsusi qeyd et­mişdir. 2014-cü ildən eti­barən keçirilən bu bilik yarışında DSX Aka­de­mi­ya­sının daima ilk beş­likdə yer tutması, ötən il 2-ci yerə, bu dəfə isə 1-ci pilləyə yük­səl­məsi gənc sərhədçi nəslinin hərbi və­tən­pərvərlik və Heydər Əliyev ideyalarına sadiqlik ruhunda tər­bi­yəsi sahəsində qaza­nılmış ciddi uğur kimi qiymətləndirilmişdir.

“Heydər Əliyev və Azərbaycan tarixi” IV ümumrespublika bi­lik yarışında yüksək bilik və əzmkarlıq nümayiş etdirərək ən yük­sək nəti­cə göstərmiş kursantlar və müəllimlər dövlət təltifləri və fəxri fər­manlar ilə mükafatlandırılmışlar. 

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw