+
-
21.08.2017
21.08.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

2017-ci ilin 13-17 avqust tarixlərində İsveçrənin Bazel şəhə­rində Beynəlxalq Cərrahiyyə Cəmiyyətinin (International Society of Surgery, ISS) 47-ci Ümumdünya Cərrahiyyə Konqresi keçiril­miş­dir. Konqresə üzv olan 6 elmi-tibbi Cəmiyyətin (APIMSF, ASAP, BSİ, IAES, IASMEN, IATSIC) işti­rakı ilə müasir elmi proq­ramlar təşkil olunmuşdur.

Konqresdə ölkəmizi Cəmiyyətin həqiqi üzvü, Azərbaycan Res­publlika­sının əməkdar həkimi, Dövlət Sər­həd Xidməti hərbi hos­pitalının rəisi tibb xidməti polkovnik-leyte­nantı Kənan Yusif-zadə təmsil etmiş­dir.

Konqresdə “Ambruaz Pare adına Beynəlxalq Hərbi Cərra­hiyyə Cəmiyyəti” (“Ambroise Pare İnternational Military Surgery Forum” (APIMSF)) geniş fəaliyyət göstərmiş, hərbi cərrahiyyəyə aid, fəlakət zonalarında cərrahiyyənin tətbiqi, müasir günün terror hü­cumlarına qarşı mübarizədə cərrahiyyə, sülh dövründə hərbi cər­­­rahların fəaliyyəti, lokal konfliktlərdə hərbi cərrahların rolu kimi mövzularda maraqlı təqdimatlar dinlənilmişdir. Xarici həmkarları ilə bərabər tibb xidməti polkovnik-leytenantı Kənan Yusif-zadə ses­siyalarda sədrlik etmişdir.

Konqres zamanı Cəmiyyətin prezidenti Almaniyalı professor tibb xidməti polkovniki Kristian Uilli öz fəaliyyətini başa vurmuş və növbəti iki il üçün Konqresin prezidenti tibb xidməti polkovnik-ley­tenantı Kənan Yusif-zadə seçilmiş və Beynəlxalq Hərbi Cər­ra­hiyyə Cə­miy­yətinin növbəti konqre­sinin 2018-ci ilin aprel ayında Bakı şəhərində keçirilməsi barədə qərar qəbul olunmuşdur.

 

 Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw