+
-
06.07.2017
06.07.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyi­nin təmin edilməsi, mütəşəkkil cinayətkar qrupların dövlət sərhədindən qaçaq­malçılığının qarşısının alınması istiqamətində fəaliyyətini uğurla davam etdirir. Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi üzrə görülən tədbirlər nəticəsində növbəti dəfə külli miqdarda qaçaqmalın ölkəmizə gətirilməsinin qarşısı alınmışdır.

04.07.2017-ci il tarixdə saat 01:00 radələrində Yardımlı rayonunun Abbaslı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən dövlət sərhədi istiqamətində hərəkət edən 3 nəfər aşkar edilmişdir. Sərhəd naryadının təlimata uyğun və çevik hərəkətləri nəticəsində “dayan” çağırışına və xəbərdarlıq atəşinə məhəl qoymayaraq hadisə yerində qaçmağa cəhd göstərən Yardımlı rayon sakinləri 1994-cü il təvəllüdlü İmanov Elnur Rəhman oğlu və 1995-ci il təvəllüdlü Əsmənov Sarvan Arif oğlu saxlanılmışlar. Sərhəd pozucu­larından bir nəfəri havanın qaranlıq olmasından və ərazinin mürəkkəb relyef xüsusiyyətlərindən istifadə edərək geriyə qaçmağa müəffəq olmuşdur. 

Əraziyə baxış keçirilərkən Azərbaycan Respublikasına gətirilməsi üçün İran İslam Respublikası ilə dövlət sərhədində gizlədilmiş 5550 qutu müxtəlif markalı siqaretlər aşkar olunaraq götürülmüşdür. 

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidməti Mətbuat mərkəzi 

f tw