+
-
08.05.2017
08.05.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

May ayının 6-da Dövlət Sərhəd Xidmətinin Akademiyasında müharibə veteranlarının iştirakı ilə faşizm üzərində qələbənin 72-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə çıxış edənlər 1941-1945-ci illərdə Azərbaycandan 700 min nəfərdən çox insanın müharibədə iştirak etməsindən, onların 300 min nəfərinin döyüşlərdə həlak olmasından, göstərdikləri igidliyə görə 123 nəfər həmyerlimizin “Sovet İttifaqı Qəhrəmanı” adına və 170 min nəfərin müxtəlif orden və medallara layiq görülməsindən, azərbaycanlılardan ibarət milli diviziyaların Qafqazdan Berlinədək keçdiyi şanlı döyüş yolundan, arxa cəbhədə çalışan insanların rəşadətindən, müharibənin qələbə ilə başa çatmasında Bakı neftinin misilsiz rolundan ətraflı danışmışlar.

Ölkəmizdə faşizm üzərində qələbənin hər il qeyd olunmasının, veteranlara göstərilən diqqət və qayğının təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğu, bu ənənənin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi xüsusi vurğulanmış, yaxın zamanlarda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimiz tərəfindən dövlətimizin ərazi bütövlüyünün təmin olunacağına və həmin ərazilərdə sərhədlərimizin mühafizəsinin Azərbaycanın dövlət bayrağı altında təşkil ediləcəyinə əminlik ifadə olunmuşdur.

Sonda Böyük Vətən Müharibəsinə həsr olunmuş sənədli film nümayiş  etdirilmişdir.

           

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw