+
-
02.11.2012
02.11.2012-Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzinin Məlumatı

Bəzi kütləvi informasiya vasitələri Sərhəd Qoşunlarının keçmiş əsgəri Abid Məmmədlinin guya hərbi hissədə fiziki təzyiqlərə məruz qalması və tərxis olunduqdan sonra depressiya keçirərək oktyabr ayının 20-də komaya düşməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yaymışlar.

Dövlət Sərhəd Xidməti rəsmi şəkildə bəyan edir ki, 2011-ci ilin aprel ayında Zərdab rayon hərbi komissarlığından müddətli həqiqi hərbi xidmətə çağrılmış əsgər Məmmədli Abid Əlisəfa oğlu oktyabr ayının 6-da tam sağlam şəkildə ordu sıralarından tərxis edilmişdir. Yolasalma mərasimi zamanı digər əsgər yoldaşları ilə birlikdə ümumi baxışdan keçirilmiş, onunla təhlükəsizlik qaydaları barədə, mülki həyatda davranış normaları haqqında söhbətlər aparılmış, gələcək həyatında uğurlar arzulanmışdır. Bu zaman əsgərin heç bir narazılığı və şikayəti olmamışdır.

f tw