28 fevral 2017-ci il tarixdə saat 11:20 radələrində Qaradağ rayonunun Pirsaat ərazisində sahil nəzarəti həyata keçirən sərhəd naryadı tərəfindən Xəzər dənizinin səthində sahildən 3,4 mil aralı məsafədə meyit müşahidə olunmuşdur.
Həyata keçirilən tədbirlər nəticəsində təqribən 50-55 yaşlı kişi meyiti sahilə çıxarılmışdır.
Faktla bağlı araşdırma aparılır.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi