+
-
27.02.2017
27.02.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

27 fevral 2017-ci il tarixdə sahilboyu ərazidə aparılmış axtarış tədbirləri nəticəsində Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Lənkəran rayonunun Liman qəsəbəsi ərazisindəki sahil nəzarəti məntəqəsinin sərhəd naryadı tərəfindən daha 2 ədəd TM-62 markalı tank əleyhinə  mina aşkar olunmuşdur.

Ümumilikdə 4 ədəd tank əleyhinə minaların tapılması barədə Fövqəladə Hallar Nazirliyi və Ərazilərin Minalardan Təmizlənməsi üzrə Azərbaycan Milli Agentliyinə məlumat verilmişdir.

Ərazidə mühafizə təşkil olunur və həmin istiqamətdə əməliyyat axtarış tədbirləri davam etdirilir.

 

                                             Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw