+
-
16.10.2012
16.10.2012- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin Mərdəkan qəsəbəsindəki xüsusi məktəbin­də məktəbin fəaliyyətə başlamasının 1-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Dövlət himnimiz səsləndikdən sonra Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini general-mayor Rəşad Sadiqov, xüsusi məktəbin rəisi polkovnik-leytenant İntiqam Atakişiyev və məktəbdə təhsil alan şagirdlərin valideynləri çıxış etmişlər.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsilin inkişafına göstərdiyi qayğı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın məktəbin yaradılmasındakı xüsusi əməyi qeyd olunmuş və bildirilmişdir ki, gənclərin yaxşı təhsil almaları, fiziki və mənəvi tərbiyələri, vətənə və cəmiyyətə yararlı insan kimi yetişmələri dövlətimizin daim diqqət mərkəzində olan məsələlərdəndir. Fərəh hissi ilə vurğulanmışdır ki, şagirdlər xüsusi məktəbdə təlim və təhsil almaq üçün yaradılmış yüksək səviyyəli şəraitdən bacarıqla yararlanaraq, ilk tədris ilini uğurla başa vurmuşlar.

Sonra təlimdə və təhsildə fərqlənən müəllim və şagirdlərin bir qrupuna Fəxri Fərmanlar təqdim olunmuşdur. Şagirdlərin rəsm və əl işlə­rindən ibarət sərgiyə baxışdan sonra keçirilən bədii hissədə vətənp­ər­vərlik mövzusunda şeirlər səsləndirilmiş, mahnılar oxunm­uşdur. Şagirdlərin göstərdikləri əlbəyaxa döyüş səhnələri maraqla qarşılanmışdır.

f tw