Dövlət Sərhəd Xidmətinin tərəfindən dövlət sərhədinin еtibarlı mühafizəsinin və Dövlət Sərhədindən Buraxılış Məntəqələrində sərhəd rejiminin təmin edilməsi tədbirləri uğurla davam еtdirilir. Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən növbəti dəfə saxta sənədlərdən istifadə etməklə avtomobillərin müqabil dövlətin ərazisinə keçirilməsinin qarşısı alınmışdır.
08.11.2016-cı il tarixdə “Şıxlı” Sərhəd Nəzarət Məntəqəsində Balakişiyev Anar Məmməd oğlu idarə etdiyi “Kia-Sportic” markalı, 99-FU-359 dövlət nömrə nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi və nəqliyyat vasitəsinin müvafiq sənədlərini saxtalaşdıraraq Gürcüstan Respublikasına keçirmək istəyərkən saxlanılmışdır.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi