+
-
26.09.2012
26.09.2012 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində İran İslam Respublikası istiqamətindən Azərbaycan Respublikasına qeyri-qanuni yolla küllü miqdarda tütün məmulat­larının keçirilməsinin qarşısı alınmışdır.

25.09.2012-ci il tarixdə Yardımlı rayonu Abasalı kənd ərazisindəki zastavanın xidməti sahəsində 2 nəfərin İİR-dən AR  istiqamətində dövlət sərhədini pozmasının qarşısı alınmışdır. Sərhədi pozmağa cəhd göstərən şəxslər əllərindəki qaçaqmalı hadisə yerində ataraq havanın dumanlı olmasından istifadə edərək geri İran ərazisinə qaçmışlar. Hadisə yerinə keçirilmiş baxış zamanı qaçaqmalçılara məxsus İsveçrə istehsalı olan 5150 qutu müxtəlif çeşidli «Marlboro» və  «Parlament» markalı siqaretlər aşkarlanaraq götürülmüşdür.

Hazırda fakt üzrə Dövlət Sərhəd Xidməti tərəfindən əməliy­yat-istintaq tədbirləri davam etdirilir.

 

 

f tw