+
-
24.09.2012
24.09.2012 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 23.09.2012-ci il tarixdə Ağstafa rayonu ərazisindəki Ağ­­­­göl gölündə 1 ədəd rezin və 1 ədəd dəmir qa­yıq­la dövlət sər­hə­di­ni pozmuş 6 nəfər Gür­cüs­tan vətən­da­şı sərhəd pozucusu qis­min­­də saxlanılmışlar.

İlkin araşdırma zamanı sərhəd pozucularının Gürcüstan vətəndaşları 1962-ci il tə­vəl­lüdlü Xixityaşvili Zurab Konstantinoviç, 1954-cü il təvəllüdlü Qo­qilyadze Nodar Sergeyeviç, 1976-cı il təvəl­lüdlü Zabiyev Valeri Kiktaroviç, 1943-cü il təvəllüdlü Arzumov Edu­ard Martinoviç, 1948-ci il tə­vəl­lüd­lü Lexandiyan Sergey Suri­ya­noviç və 1948-ci il təvəllüdlü Sar­kis­yan Mişa Haykoviç ol­du­ğu müəyyənləşdirilmişdir.

Hazırda faktla bağlı araşdırma tədbirləri davam etdirilir.

f tw