+
-
10.09.2012
07.09.2012 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti tərəfindən cari ilin avqust ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilmişdir.

Ay ərzində dövlət sərhədini pozduqları üçün 47 halda 75 nəfər saxlanılmış, onların 57 nəfəri Azərbaycan Respublikası, 3 nəfəri Rusiya Federasiyası, 3 nəfər Özbəkistan, 3 nəfəri Moldova, 2 nəfəri Gürcüstan, 2 nəfəri Nigeriya, hər ölkədən bir nəfər olmaqla İran İslam Respublikası, Türkiyə Respublikası, Qırğızıstan, Somali vətəndaşları, 1 nəfəri isə vətəndaşlığı olmayan şəxslərdir.Saxlanılan şəxslərin 61 nəfəri saxta sənədlə, 4 nəfərin gizli şəkildə ölkəmizin sərhədlərini keçməyə cəhd göstərmişdir. Sərhəd rejim qaydalarını pozduqlarına görə 25 halda 52 nəfər saxlanılmışdır.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 190 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilmişdir.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 10 halda 122 kiloqram 432,1 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarışı alınmışdır. Belə ki, avqustun 2-də Yardımlı rayonundaki Gendərə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sahibsiz 5 kiloqram həşiş, 950 qram tiryək, 690 qram heroin aşkar edilərək götürülmüşdür.

Avqust ayının 17-də Biləsuvar rayonundaki Şəhriyar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində İran İslam Respublikası tərəfdən dövlət sərhədini pozmuş 5 nəfər sərhəd pozucusu sərhədçilərin qanuni tələblərinə məhəl qoymamış, silahlı müqavimət göstərmiş və havanın qaranlıq olmasından, relyefin mürükkəbliyindən istifadə edərək geriyə qaçmağa nail olmuşlar. Hadisə yerində baxış zamanı 3 ədəd bağlamağa 66 kiloqram tiryək aşkar olunaraq götürülmüşdür.

Avqust ayının 18-də Astara rayonundaki Sim kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 2 nəfər naməlum şəxs İran İslam Respublikası tərəfdən sərhədimizi pozmağa cəhd etmişdir. Sərhədçilərin xəbərdarlıq atəşindən sonra sərhəd pozucuları geriyə qaçmışlar. Baxış zamanı ərazidən 9 kiloqram həşiş aşkar olunmuşdur.

Avqust ayının 30-da Biləsuvar Sərhəd Nəzarət Məntəqəsində Dövlət Gömrük Komitəsinin əmərdaşları ilə birlikdə keçirilən tədbirlər nəticəsində İran İslam Respublikasından Azərbaycana keçən Naxçivan şəhər sakini, 1978-ci il təvəllüdlü Nəcəfov Bəxtiyar Əsəd oğlunun idarə etdiyi  <> markalı AZ 85-AD-799 dövlət qeydiyyat nömrəli yük maşının alt hissəsində ramaya maqnitlə yapışdırılmış 61 qram həşiş aşkar olunaraq götürülmüşdür.

Avqust ayının 30-da Dövlət Gömrük Komitəsinin əmərdaşları ilə birlikdə keçirilən tədbirlər nəticəsində Cəlilabad rayonunun Dələli kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində 4 nəfərin İran İslam Respublikasından Azərbaycana keçməsinin qarşısı alınmışdır. Sərhəd pozucularının yaxalanması zamanı sərhəd naryadlarına odlu silahdan atəş açılmış, sərhədçilərin cavab atəşindən sonra sərhəd pozucularının biri – 1976-ci il təvəllüdlü Bəhnəm Pənahi Şirəli saxlanılmış, həmin ərazidən 35 kiloqram həşiş və bir ədəd tapança aşkar olunaraq götürülmüşdür.

Ay ərzində 4 halda Azərbaycan və İİR vətəndaşları az miqdarda narkotik vasitələri bədənlərində və ya əl yüklərində gizlədərək sərhədi keçməyə cəhd edərkən saxlanılmışlar.

Bunlardan əlavə <> şərti adı altında keçirilən tədbirlər nəticəsində avqust ayının 14-də Ağstafa rayonunun Sadıxlı kəndi yaxınlığındaki sərhəd zastavasının xidməti ərazisində 1 hektar sahədə yabani halda bitmiş, ümumi çəkisi 1270 kiloqram olan 1850 ədəd çətənə kolu aşkar edilərək yerli icra hakimiyyətinin, hüquq-mühafizə, bələdiyyə orqanlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə yandırılmışdır.

Qaçaqmalçılığa qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 61 halda ümumi dəyəri təqribən 410 min manat olan qaçaqmal, o cümlədən 2 ədəd tapança, 8 ədəd 9 mm-lik patron, 20 kiloqram qırma, 25 ədəd 16 mm-lik giliz, 100 ədəd giliz tıxacı, 1 ədəd mina axtaran cıhaz,2262 ədəd mobil telefon, 2336 ədəd mobil telefon aksesuarları, müxtəlif növ dərman preparatları, spirtli içki və siqaretlər, ərzaq, sənaye və kənd təsərrüfatı mallara saxlanılmışdır.

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istaqamətində tədbirlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw