+
-
07.05.2016
07.05.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Sərhədçi zabit Azərbaycan yığması üçün Rio-de Janeyro Olimpiya Oyunlarına növbəti lisenziyanı qazanıb

Mayın ayının 6-da İstanbulda start götürən Rio-de Janeyro Olimpiya Oyun­larına lisenziya xarakterli II dünya təsnifat turnirində "Sərhədçi" İdmаn Olimpiyа Mərkəzinin zabiti leytenant Rəsul Çunayev komandamız  üçün növbəti lisenziya qazanıb.

66 kiloqram çəki dərəcəsində mübarizə aparan Rəsul Çunayev yarışa 1/16 final mərhələsindən başlayıb. İlk görüşdə Xorvatiyalı Dominik Etlingeri 19 saniyədə tam üstünlüklə məğlub edən pəhlivanımız daha sonra Belarus idmançısı Pavel Liax və polşalı David Kareçinski ilə qarşılaşmalardan da qalib ayrılıb. Yarımfinalda Fransa təmsilçisi, erməni əsilli Artak Marqaryan üzərində 68 saniyə ərzində parlaq qələbə qazanan Rəsul Çunayev finala yüksəlib. O, bununla Rio Olimpiadasına vəsiqəni təmin edib. Finalda Qırğızıstanlı rəqibi Ruslan Tsarevə xal vermədən qalib gələn güləşçimiz II dünya təsnifat turnirinin qızıl medalını qazanıb.  

Bu, güləşçilərimizin Rio-de Janeyro Olimpiya Oyunlarına qazandığı 14-cü vəsiqədir. Yığmamızın digər üzvlərindən də qələbə müjdəsi gözləyirik.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw