+
-
23.08.2012
23.08.2012 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

22 avqust 2012-ci il tarixdə Naxçıvan sərhəd diviziyasının yeni inşa olunmuş "Sədərək" sərhəd zastavasının xidməti istifa­dəyə verilməsi münasibətilə təntənəli mərasim tədbiri keçiril­mişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun və Dövlət Sərhəd Xidmətinin rəisi - Sər­həd Qoşun­larının Komandanı general-leytenant Elçin Quliyevin iştirak etdikləri təntənəli mərasimdə Ulu Öndər Heydər Əliyevin sərhədlərimizin qorun­ması, Sərhəd Qoşunlarının formalaşması, müstəqil Azərbaycanın Sərhəd Mühafizəsinin yaran­ması istiqa­mətindəki misilsiz xid­mətləri minnətdarlıq hissi ilə qeyd olun­muşdur.

Bil­dirilmişdir ki, Dahi Öndərin milli sərhəd siyasəti Azər­baycan Respub­likasının Prezidenti Silahlı Qüv­­vələrin Ali Baş Ko­man­danı cənab İlham Əliyev tərəfindən uğurla həyata ke­çirilir. Sərhəd müha­fizə infrastruktu­runun təkmilləş­dirilməsi məsələlərinə yüksək dövləti qayğı sayəsində dövlət sərhədləri boyunca müasir tələblərə cavab verən çoxsaylı yeni sərhəd məntə­qələrinin tikilib istifadəyə verilməsi prosesi uğurla davam etdirilir. Yeni sərhəd məntəqələrinin inşası prosesi ötən əsrin 20-30-cu illərində sovet hökuməti tərəfindən tikilmiş və müstə­qil­liyimizin bərpası ərəfəsində sovet sərhədçiləri tərə­findən yararsız hala salınmış sərhəd mən­təqələrinin əsaslı təmiri və yenidən qurulması ilə paralel şəkildə aparılır.

Tədbir çərçivəsində xidmətdə fərqlənmiş hərbi qulluq­çu­lara medallar və xidməti mənzillərin orderləri təqdim olun­muşdur.

Rəmzi açılışı bildirən lent kəsil­dikdən sonra sərhəd zasta­vası kom­pleksi ilə tanışlıq olmuşdur. Maddi-texniki təchizatı yüksək səviyyədə olan zastavada sərhədçilər üçün nümunəvi xidməti-döyüş şəraiti yaradılmışdır. Burada lazımi məişət şə­raiti olan ikimərtəbəli əsgər yataq­xanası, yeməkxana, istirahət, təlim və digər xüsusi təyinatlı otaqlar, anbarlar bütün tələblər nəzərə alınmaqla tikilmiş və yeni avadanlıqlarla təmin edil­mişdir.

Zastavada şəxsi heyətin sosial şəraitinin yüksək səviyyədə olmasına xüsusi diqqət yetirilmişdir. Zastavaya qaz və içməli su xətləri çəkilmiş, mər­kəzləşdirilmiş istilik və işıqlandırma sis­temləri yaradılmış, qazanxana, ha­mam-camaşırxana müasir tə­ləb­lər səviy­yə­sindədir. Buradakı idman və uşaq şəhərcikləri, söhbət və istirahət guşələri xüsusi görkəmi ilə seçilir. Zasta­vada xidmət edən za­bit və gizir ailələri üçün ikimərtəbəli 8 mənzilli yaşayış binası tikilmiş, mənzillər mebel və digər zəruri məişət avadan­lıqları ilə təchiz olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Dövlət Sərhəd Xidmətinin rəisi-Sər­həd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev və qonaqlar şəxsi heyətlə birgə nahar etmişlər.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw